-
- 18-05-2023, 17:51
- 1 726
Qarabağda təhlükəli mərhələ: “ASALA” Bakıya qarşı? – Türk general şok ssenarini AÇIQLADI
“Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edib. O, bunu ilk dəfə bəyan etmir, üçtərəfli sazişə imza ataraq da bunu təsdiq etdi. İndi də açıq şəkildə söyləyir. Hazırda Ermənistan daxilində Paşinyana edilən siyasi təzyiqlər fonunda onun geri addım atacağını düşünmürəm”.
Bu sözləri News24.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.
O bildirib ki, Paşinyan Ermənistanda durumları ən yaxşı dəyərləndirən şəxslərdən biridir. Ekspertin sözlərinə görə, İrəvan Azərbaycanla və Türkiyə ilə münasibətləri bərpa etməsə, yaxın zamanda Ermənistan adlı bir dövlət mövcud olmayacaq.
“Qarabağa silah daşınır, pozucu fəaliyyətlər var, hesab edirəm ki, təxribatlar davam edə bilər. Ermənistan fərqli qüvvələr vasitəsilə idarə edilən bir dövlətdir. Orada ruspərəstlər, iranpərəstlər, amerikapərəstlər, qərbpərəstlər və s. var. Onlar sülh müqaviləsinin imzalanmasını, bölgəyə sabitliyin gəlməsini istəmirlər. Buna görə də bəzi qüvvələr separatçıları silahla təmin edir, logistik dəstək göstərirlər”, - general qeyd edib.
Y.Karauz bildirib ki, Azərbaycan ordusu təxribat fəaliyyəti ilə məşğul olan separatçılarla bağlı tədbir görəcək: “Onlar ictimaiyyətin reaksiyasını yoxlamaq üçün bu cür davranışlar sərgiləyirlər. Güc qrupları orduda, siyasətdə, parlamentdə, xalqın içindədir və təxribat törədə bilər. Hesab edirəm ki, təxribatlar sülh müqaviləsi imzalansa belə davam edəcək. Sülhə nail olunsa da, separatçılar terror təşkilatına çevriləcəklər. Onlar hazırda terror fəaliyyəti ilə məşğuldurlar, sülhdən sonra isə “ASALA” kimi bir təşkilat olacaqlar. Amma Azərbaycan “Dəmir yumruğunu” hər bir qarış torpağı üçün, şəhid olan əsgərinin axan hər damla qanı üçün həm masada, həm də hərbi sahədə Ermənistanın və terror ünsürlərinin başına endirdiyi müddətcə, heç nə edə bilməyəcəklər. Onlar real durumla barışmalı, Türkiyə və Azərbaycanla sülh içərisində yaşamalıdırlar. Əksi olarsa, Ermənistan adlı bir dövlət mövcud olmayacaq.
Ermənilər hər görüş öncəsi və ya mühüm danışıqlardan sonra Moskvanı, Tehranı, Parisi xoşbəxt etmək üçün pozucu fəaliyyətlə məşğul olurlar. Amma biz birlikdə olacağıq, güclü olacağıq, “Dəmir yumruq” hər zaman havada olacaq və təxribat törədən ermənilərin başlarına enəcək. Beynəlxalq siyasətdə, masada haqq və hüququmuzu müdafiə edərək, şəffaf şəkildə gücümüzü bütün dünyaya diktə edəcəyik”.
Turan