Türkiyədə Ermənistan himni fitə basıldı
    • 8-09-2023, 23:12
    • 382

Türkiyədə Ermənistan himni fitə basıldı

Hazırda Türkiyə millisi D qrupu çərçivəsində Ermənistan yığmasını qəbul edir.

News24.az Axar.az-a istinadən xəbər verir ki, matçın start fitindən əvvəl hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Əskişəhərdə keçirilən matçda yerli azarkeşlər Ermənistan himnini fitə basıb. Fit səsindən rəqib komandanın himni eşidilməyib.

Qeyd edək ki, bu komandalar arasında İrəvanda keçirilən matçda ermənilər Türkiyə himnini fitə basmışdı. Türkiyəli fanatlar da bu addıma cavab veriblər.