Ağdam yolu ilə Xankəndiyə yardım GÖNDƏRİLDİ
    • 9-09-2023, 15:55
    • 970

Ağdam yolu ilə Xankəndiyə yardım GÖNDƏRİLDİ

Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən Ağdam-Əsgəran yolu ilə Xankəndi şəhərinə çatdırılması üçün ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş 1 tır sentyabrın 9-da saat 14:30 radələrində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq Samur buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətindən News24.az-a bildirilib ki, hazırda həmin yük maşını Samur-Bakı, Bakı-Bərdə, Ağdam və Əsgəran istiqamətində hərəkət edir.

Yük son təyinat məntəqəsinə çatdırıldıqdan sonra əlavə məlumat veriləcəkdir.