Avtovağzal gücləndirilmiş iş rejiminə keçir
    • 13-03-2019, 16:00
    • 2 313

Avtovağzal gücləndirilmiş iş rejiminə keçir

Bakı Beynəlxalq Avtovağzal Kompleksi Novruz bayramı ilə bağlı gücləndirilmiş iş rejiminə keçir.

Bunu News24.Az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinə mətbuat katibi Pərvin Məmmədova deyib. O bildirib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) Novruz bayramı ilə əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:
“Qurumumuz tərəfindən sərnişinlərin rahatlığının təmin olunması üçün bütün zəruri tədbirlər görüləcək. Sərnişin sıxlığının tənzimlənməsi məqsədi ilə ehtiyat avtobuslar sərnişindaşıma prosesinə cəlb olunacaq. Sərnişinlər yaranacaq suallarla bağlı (012) 406-01-58/59 nömrəli telefonlara zəng edərək, məlumat mərkəzi, kassaların yanında yerləşən məlumat bürosu və perron nəzarətçilərinə müraciət edə  bilərlər”.  

Pərvin Məmmədova qeyd edib ki, səfər biletlərini reysin yola düşməsinə 10 gün qalmışdan başlayaraq, avtovağzalın və Nizami küçəsi 126a ünvanında yerləşən “Silkway” turizm şirkətinin kassalarındanvə onlayn qaydada “avtovağzal.az” saytı üzərindən əldə etmək mümkündür:
“Bakı Beynəlxalq Avtovağzalı yalnız avtovağzal ərazisindən fəaliyyət göstərən avtobuslara nəzarət edir. Qeyri-qanuni sərnişindaşıma ilə bağlı yarana biləcək hər hansı bir hadisəyə Bakı Beynəlxalq Avtovağzalı cavabdehlik daşımır”.

Sevinc YASİNQIZI