Kazan Müsəlman Filmləri Festivalının qalibi açıqlandı
    • 10-09-2023, 02:05
    • 159

Kazan Müsəlman Filmləri Festivalının qalibi açıqlandı

Sentyabrın 5-9-da Tatarıstanın paytaxtında 19-cu Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı keçirilib. 

News24.az TASS-a istinadən xəbər verir ki, rejissor Behrouz Shoeibinin çəkdiyi İran filmi "No Prior Appointment" 19-cu Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında ən yaxşı bədii film kimi Qran Priyə layiq görülüb.

Festivalın təşkilatçıları qalibə bir milyon  dəyərində sertifikat veriləcəyini bildirib. 

"No Prior Appointment" ailəsi ilə Berlinə mühacirət edən altı yaşında, oğlu ilə eyni yaşda olan Yasəmən adlı qadının hekayəsindən bəhs edir. O, atasının ölümü ilə əlaqədar İrana qayıtmalı olur. Oğlu autizmdən

əziyyət çəkir. O, İrana qısa səfəri və atasının dostları ilə görüşlər zamanı insanlıq və ölüm haqqında yeni fikirlər əldə edir.

Günəş Mərd