Rusiya vətəndaşlarının Aİ-yə girişinə QADAĞA
    • 10-09-2023, 11:52
    • 189

Rusiya vətəndaşlarının Aİ-yə girişinə QADAĞA

Avropa Komissiyası Rusiya vətəndaşlarının şəxsi smartfon, avtomobil və kosmetika vasitələri ilə Aİ ölkələrinə daxil olmasına qadağa qoyulduğunu bildirib. 

News24.az xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb. 

Qeyd olunur ki, qadağaya on nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər nəqliyyat vasitələri daxildir. Onların şəxsi və ya kommersiya nəqliyyatı üçün istifadə olunmasının fərqi yoxdur. 

Bundan əlavə, ruslara notbuk, smartfon, zinət əşyaları və hətta şampun kimi şəxsi əşyaları daşımaq qadağandır. Bu əşyaların idxalı qadağan olunmuş idxal kimi qəbul edilə bilər.

Günəş Mərd