Azərbaycanlı hakim beynəlxalq oyuna TƏYİNAT ALDI
    • 10-09-2023, 13:47
    • 405

Azərbaycanlı hakim beynəlxalq oyuna TƏYİNAT ALDI

Elçin Məsiyev AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq.

News24.az  "Report"a istinadən xəbər verir ki, bu barədə "Report"a AFFA-dan bildirilib.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq. Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq.