Gəncədə yaşayış binasında partlayış baş verib - VİDEO
    • 20-11-2018, 10:10
    • 1 444

Gəncədə yaşayış binasında partlayış baş verib - VİDEO

Gəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Baş verən partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub olub. Dağıntılar altından hələlik bir nəfərin meyiti çıxarılıb. Bu, 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadədir. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Gəncə şəhər şöbəsinə yerləşdirilib.
Dağıntılar altından çıxarılan yaralı, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

//Report