Aİ və Çin bu il ikitərəfli sammit keçirəcək
    • 11-09-2023, 00:42
    • 124

Aİ və Çin bu il ikitərəfli sammit keçirəcək

"Avropa İttifaqı və Çin 2023-cü ilin sonuna qədər ikitərəfli sammit keçirmək niyyətindədirlər.Hər iki tərəf geniş spektrli məsələlər üzrə fikir mübadiləsi aparıb, sabit və konstruktiv münasibətlərin davam etdirilməsində maraqlı olduqlarını təsdiqləyib".

News24.az "Tass"a istinadən xəbər verir ki, bu Hindistanda keçirilən G20 sammiti çərçivəsində Avropa Şurasının sədri Şarl Mişel və Çin Xalq Respublikası Dövlət Şurasının baş naziri Li Çyan arasında görüşdən sonra verilən bəyanatda qeyd olunub.

“Sədr Mişel ilin sonuna qədər Aİ-Çin sammitinin keçirilməsində ortaq şəkildə maraqlı olduqlarını bildirib”, - deyə məlumatda bildirilib.

Leyla SƏMƏNDƏR