Qatar iki nəfəri vuraraq öldürdü
    • 6-05-2024, 09:59
    • 156

Qatar iki nəfəri vuraraq öldürdü

Moskva Dəmiryolunun Yaroslavl istiqamətinin Losinoostrovskaya stansiyasında Kostromaya gedən elektrik qatarı iki nəfəri vuraraq öldürüb.

News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsindən məlumat verilib.

Məlumata görə, mayın 5-də səhər saatlarında Losinoostrovskaya vağzalının 11-ci kilometrliyində Moskva və Kostroma arasında hərəkət edən elektrik qatarı iki kişini vurub. Onlar aldıqları xəsarətlərdən yerindəcə keçiniblər. Faktla bağlı araşdırma aparılır.

Mehriban Mirzəzadə