“Gecikmisən” dedi, təcili yardıma hücum etdi
    • 6-05-2024, 10:36
    • 152

“Gecikmisən” dedi, təcili yardıma hücum etdi

Adanada gecə saatlarında alınan xəbərlə xəstənin yanına gedən təcili yardıma xəstənin yaxınları hücum edib.

News24.az xəbər verir ki, iddialara görə, xəstənin qohumu Y.A “Gecikmisən” deyərək kürəklə hücum edərək təcili yardımın şüşələrini sındırıb.

Hücum zamanı təcili yardım maşınında olan hamilə bir tibb işçisinin gözünə şüşə parçaları dəyərək yaralanıb. Doğuş təhlükəsi ilə xəstəxanaya yerləşdirilən tibb işçisi müalicə altına alınıb.

Digər tərəfdən, hadisədən sonra səhiyyə işçiləri hücumu həyata keçirən şübhəli Y.A. barəsində şikayət edib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Günel Məlikzadə