"Hazırda Qarabağda atılan addımlar düzgün deyil"- Ərdoğan-VİDEO
    • 11-09-2023, 02:06
    • 436

"Hazırda Qarabağda atılan addımlar düzgün deyil"- Ərdoğan-VİDEO

"Hazırda Qarabağda atılan addımlar düzgün deyil".

News24.az "Trt haber"ə istinadən xəbər verir ki, bunu  G-20 Zirvə Toplantısından sonra beynəlxalq mətbuat konfransındakı çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Sentyabrın 11-də böyük ehtimalla mənim Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığım olacaq. Hazırda Qarabağda atılan bu addımlar düzgün deyil. Bunu qəbul etmək mümkün deyil. Avropa İttifaqı dövlətləri də bunu qəbul etmir”,-deyə o əlavə edib.

Xatırladaq ki, Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələri son vaxtlar səngər qazma və istehkam işlərini artırıb.

Ətraflı RTV-də:

Leyla SƏMƏNDƏR