-
- 11-09-2023, 13:04
- 193
“Gürcü arzusu”nun qələbəsi ölkəni XİLAS EDƏCƏK
Tbilisi meri Kaxa Kaladze bildirib ki, 2024-cü ilin payızında keçiriləcək parlament seçkilərində “Gürcü arzusu”nun qələbəsi Gürcüstanın sülhünü və iqtisadi inkişafını qoruyacaq.
News24.az xəbər verir ki, o, hakim partiyanın qalib gələcəyinə, xalqın bu işdə ona kömək edəcəyinə əmin olduğunu bildirib.
Kaladzenin sözlərinə görə, seçkilərdə qələbə Gürcüstanın başqa dövlətlərin maraqları üçün istifadə olunmasına, ikinci cəbhənin açılmasına və Rusiyaya qarşı sanksiyalara qoşulmasına imkan verməyəcək.
Mer vurğulayıb ki, partiya bütün ölkə üzrə partiya qurultaylarını keçirəcək və paralel olaraq seçkilərə hazırlıqlara başlayacaq. O, əlavə edib ki, “Gürcü Arzusu” parlament seçkilərini hazırlanmış şəkildə qarşılayacaq.
Akqabay