Məşhurların övladı rüşvətlə təhsil alır
    • 13-03-2019, 18:12
    • 609

Məşhurların övladı rüşvətlə təhsil alır

ABŞ-ın Ədliyyə Nazirliyi aralarında Hollivud ulduzlarının da olduğu 50 nəfər barəsində milyardlarla dollarlıq rüşvət iddiası ilə xüsusi əməliyyata başlayıb.

News24.Az axar.az-a istinadən xəbər verir ki, aparılan araşdırmalar zamanı dünyanın ən yaxşı universitetlərindən sayılan Corctaun, Yel, Stenford, Texas, Cənubi Kaliforniya və Kaliforniya-Los-Anceles universitetlərində rüşvət qarşılığında saxta hesabatlarla zəngin insanların övladlarının təhsil almasına şərait yaradıldığı ortaya çıxıb.

FTB tərəfindən təsadüfən ortaya çıxarılan qalmaqala Hollivudun məşhur simalarının da adı qarışıb. “Desperate Housevives” serialı ilə məşhurlaşan Feliciti Hufman və “Full house” serialında çəkilən Lori Lauqlin ötən gün federal məhkəməyə gətirilib.
Fulmanın 250 min dollar qarşılığında azadlığa buraxıldığı bildirilib.