TƏCİLİ! Ermənilər Gədəbəyi atəşə TUTDU
    • 11-09-2023, 16:14
    • 331

TƏCİLİ! Ermənilər Gədəbəyi atəşə TUTDU

Sentyabrın 11-i saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə News24.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.