Göyçayda yol qəzası baş verib, xəsarət alan var
    • 19-05-2024, 19:37
    • 183

Göyçayda yol qəzası baş verib, xəsarət alan var


Göyçayda yol qəzası baş verib, xəsarət alan var.

News24.az xəbər verir ki, hadisə Bakı - Şamaxı - Yevlax yolunun 215 ci km Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən 1989-cu il təvəllüdlü İsmayılov Fərhad Ədalət oğlunun idarə etdiyi motosikletçi ilə rayon sakini 1986-cı il təvəllüdlü Elvin Mərdanovun idarə etdiyi OPEL markalı avtomobillə toqquşub. Dərhal əraziyə təcili yardım briqadası çağırılıb.

Yaralı təcili yardım vasitəsi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.//apa