"Qərb Ukraynaya yardım etməkdən imtina edir" - ZELENSKİ
    • 11-09-2023, 18:10
    • 142

"Qərb Ukraynaya yardım etməkdən imtina edir" - ZELENSKİ

“Ukraynanın bəzi qərb partnyorları kömək vədlərinə baxmayaraq, yardım göstərməkdən imtina edirlər”.

News24.az xəbər verir ki, bu barədə  Ukrayna prezidenti Volodimir Zelenski “The Economist”ə müsahibəsində bildirib.

Onun fikrincə, münasibətin bu cür dəyişməsi təkcə ukraynalılar arasında deyil, həm də Qərb seçiciləri arasında “qəzəb yarada bilər”.

"Məndə bu intuisiya var, oxuyuram, eşidirəm və onların gözlərini görürəm ki, "biz həmişə sizinlə olacağıq" deyirlər, amma görürəm ki, onlar bizimlə deyil", - Zelenski deyib.

Münaqişənin perspektivlərindən danışan prezident qeyd edib ki, o, Rusiya ilə uzunmüddətli qarşıdurmaya mental olaraq hazırdır. 

“Komandam uzun müharibəyə hazır olmalıdır və mən də emosional olaraq hazıram".. 

Eyni zamanda, Zelenskinin sözlərinə görə, Ukrayna xalqına iqtisadiyyatın tam hərbiləşdirilməsi perspektivini təqdim etmək hələ tezdir.

Ayşən