Ərdoğan və Putin bu məsələni yenidən müzakirə edəcək
    • 11-09-2023, 18:41
    • 172

Ərdoğan və Putin bu məsələni yenidən müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olacaq. 

News24.az xəbər verir ki, Ərdoğan bu barədə G-20 sammitindən qayıdarkən türkiyəli jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, həmkarı ilə taxıl dəhlizi məsələsini bir daha müzakirə edəcək. 

Bundan başqa, Ərdoğan Putindən Afrika ölkələrinə göndəriləcək taxılın həcmini (1 milyon ton) artırmağı xahiş edəcək.

Xatırladaq ki, sentyabrın 4-də Soçidə iki prezidentin görüşü baş tutub.

Akqabay