Putin Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edəcəyini bildirdi
    • 4-09-2023, 14:58
    • 150

Putin Ərdoğanla Ukraynadakı vəziyyəti müzakirə edəcəyini bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya lideri Vladimir Putinlə söhbətinin əvvəlində taxıl sazişi məsələsi ilə bağlı danışıqların dünya və Afrika ölkələri üçün əhəmiyyətli olacağını bildirib.

News24.az xəbər veri ki, onun sözlərinə görə, bütün dünya nəticə ümidi ilə onların danışıqlarını izləyir.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə danışıqlara başlayıblar. Görüş yerinə ilk gələn Rusiya Federasiyasının rəhbəri olub və türkiyəli həmkarı ilə avtomobillə qarşılaşıb. Putini “Rosatom”un rəhbəri Aleksey Lixaçev və baş nazirin müavini Aleksandr Novak müşayiət edib. Görüşdə Rusiya və Türkiyə prezidentləri əl sıxaraq qısa söhbət ediblər - Putin Ərdoğanı Soçiyə təkcə iş üçün deyil, həm də istirahət etmək üçün gəlməyə dəvət edib.

Aydan