ETSN-də görüş keçirilib
    • 14-03-2019, 10:09
    • 762

ETSN-də görüş keçirilib

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Büronun direktoru xanım Miryana Eqqer ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası və UNDP arasında ətraf mühit sahəsində mövcud əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.