Bakıda qadınlara qarşı əxlaqsızlıq edən SAXLANILDI
    • 12-09-2023, 13:12
    • 420

Bakıda qadınlara qarşı əxlaqsızlıq edən SAXLANILDI

Bakının mərkəzində qadına qarşı əxlaqsızlıq edən şəxs həbs edilib. 

News24.az-ın məlumatına görə, Qobustan rayon sakini olan həmin şəxs Yasamal rayon Polis İdarəsinin 39-cu polis şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. 

Səbail rayon məhkəməsinin qərarı ilə o 5 sutka həbs edilib. 

Xatırladaq ki, hadisə sentyabrın 1-də axşam saatlarındaBakının Səbail rayonu ərazisindəki Malakan bağı yaxınlığında Nizami (Tarqovı) küçəsində baş verib.

Naməlum şəxs mağazadan çıxan iki qadına yaxınlaşaraq onlara qarşı əxlaqsız hərəkət edib. Qadınların qışqırığını görən həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb. 

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini 1994-cü il təvəllüdlü R.Babayev olduğu müəyyən edilərək saxlanılıb. 

Saxlanılan şəxs həmin vaxt sərxoş olduğunu etiraf edib.

 Samir Əli