"Kiyev danışıqları nə qədər gecikdirsə, razılığa gəlmək bir o qədər çətin olacaq" -LAVROV
    • 12-09-2023, 15:49
    • 100

"Kiyev danışıqları nə qədər gecikdirsə, razılığa gəlmək bir o qədər çətin olacaq" -LAVROV

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna danışıqları nə qədər gecikdirsə, iki tərəfin razılığa gəlməsi bir o qədər çətinləşəcək.

News24.az xəbər verir ki, bu barədə "russian.rt" məlumat yayıb.

Belə ki, o, ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevin Moskva ilə danışıqlara hazır olması barədə bəyanatından danışıb.

O, Ukrayna lideri Vladimir Zelenskinin hakimiyyətlə danışıqları qadağan edən fərman verdiyini xatırladıb. Ona görə də ilk addım belə bir fərmanın ləğvi ilə bağlı sərəncam olmalıdır.

“Rusiya prezidenti Vladimir Putin dəfələrlə bildirib ki, biz danışıqlardan uzaqlaşmırıq. Və gedənlər başa düşməlidirlər ki, nə qədər gözləsələr, danışıqlar aparmaq bir o qədər çətin olacaq”- deyib.

Aydan