2 milyonluq dələduzluq edən şirkət rəhbərinin məhkəməsi BAŞLADI
    • 12-09-2023, 16:11
    • 357

2 milyonluq dələduzluq edən şirkət rəhbərinin məhkəməsi BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində 78 nəfərə dələduzluq etməkdə təqsirləndirilən "Zamin Əmlak Agentliyi”nin direktoru  Oqtay Zərbəliyev, həmin agentliyin satış menecerləri Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

News24.az-ın məlumatına görə, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttiham aktına görə, təqsirləndirilən şəxslər O.Zərbəliyev və həmin agentliyin satış menecerləri - O.Əliyev və N.Şahmuradov qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər verib. 

O, bu məqsədlə ümumilikdə 78 nəfərin  ümumilikdə 1 milyon 490 min 200 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Təqsirləndirilən şəxs O.Zərbəliyev özünü ittihamlarda təqsirli bilməyib. O.Əliyev və N.Şahmuradov isə  özünü qismən təqsirli bilib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Samir Əli