-
- 17-08-2023, 13:43
- 236
1.5 milyon manatlıq dələduzluq edən dəstənin işi MƏHKƏMƏDƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri-Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
News24.az-ın məlumatına görə, cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.
Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. O.Zərbalıyev və qrupun digər üzvləri saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Samir Əli