Putin və Kim Çen In GÖRÜŞDÜ
    • 13-09-2023, 09:14
    • 159

Putin və Kim Çen In GÖRÜŞDÜ

Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In Rusiyanın Uzaq Şərq Amur vilayətindəki "Vostoçnıy" kosmik mərkəzində görüşüblər. 

News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Görüş zamanı iki lider qısa söhbət ediblər.

Günün sonunda Putin və Kimin geniş tərkibdə danışıqlar aparacağı və təkbətək görüş keçirəcəyi gözlənilir. Liderlər regiondakı vəziyyət və ümumilikdə beynəlxalq məsələlərlə bağlı hərtərəfli fikir mübadiləsi aparacaqlar.
Günəş Mərd