Bu ərazilərdə yol-nəqliyyat hadisəsi baş verdi
    • 13-09-2023, 16:05
    • 147

Bu ərazilərdə yol-nəqliyyat hadisəsi baş verdi

Bakının Ziya Bünyadov prospektində Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər bir yol-nəqliyyat hadisəsi isə Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb.

Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.