"Overçukun fikirləri siyasi populizmdir" RUSİYALI EKSPERT
    • 13-09-2023, 17:28
    • 208

"Overçukun fikirləri siyasi populizmdir" RUSİYALI EKSPERT

“Aleksey Overçukun Şərq İqtisadi Forumundakı fikirləri populizmdən başqa bir şey deyil”. 

Bunu RTV-yə açıqlamasında rusiyalı siyasi ekspert Oleq Kuznetsov bildirib. 

O, həmçinin diqqəti Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin nəticəsizliyinə  yönəldib.  

Ekspert bəyan edib ki, buna əsas səbəb rəsmi İrəvanla Kreml rəhbərliyinin siyasi ambisiyalarıdır. 

“Rusiyanın baş nazirinin müavini Aleksey Overçukun Şərq İqtisadi Forumunda Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı fikirləri ənənəvi siyasi populizmdən başqa bir şey deyil. Nə Ermənistan, nə də Rusiya ümumi iqtisadi mənfəət xatirinə siyasi ambisiyalarından əl çəkməyə hazırdır. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsi siyasi kontekstdən kənar nəzərdən keçirilə bilməz. Tərəflərdən hər biri öz maraq və məqsədlərini müdafiə edir. Regionda ticari-iqtisadi kommunikasiyaların tam həcmdə işə düşməsi üçün ümumi mənfəət və zənginləşmək haqqında fikirləşmək azdır. Bunun üçün siyasi ziddiyyətlər aradan qaldırılmalıdır”.


Fərid Azəri