İran sərhədə qoşun toplayır
    • 13-09-2023, 18:12
    • 139

İran sərhədə qoşun toplayır

İran İraqla sərhədə hərbi texnika və qoşun toplayır.

News24.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Qvardiyasına (Sepah) məxsus sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, İran qərb sərhədlərinə hərbi texnika və canlı qüvvə cəmləyir.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi sentyabrın 12-də İraqdakı terrorçu qruplaşmanın tərk-silah edilməsi üçün verilən möhlətin başa çatdığını, onun uzadılmayacağını deyib.

İraqın şimalındakı terrorçu qruplaşmalara İran sentyabrın 19-dək möhlət verib. Bu müddətin başa çatmasına az qalıb. Ehtimal edilir ki, təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə İran regiona əlavə qüvvə yeridir.

Ayşən