-
- 13-09-2023, 21:06
- 215
Bu ölkə NATO-nun döyüş qrupu üçün baza tikəcək
Bolqarıstanda NATO-nun çoxmillətli döyüş qrupunu yerləşdirmək üçün hərbi şəhərcik tikiləcək, onun dəyəri 50 milyon avrodan çox olacaq.
News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Bolqarıstanın müdafiə naziri Todor Taqarev parlamentin müdafiə məsələləri üzrə komissiyasının iclasında bildirib.
“Lazımi infrastrukturun - kazarmaların, texnikaların saxlanması üçün binaların tikintisi, NATO-nun çoxmillətli döyüş qrupu üçün yol şəbəkəsinin hazırlanması bizə 100 milyon levdən çox başa gələcək. Nəticə kiçik bir şəhərcik olmalıdır. Baza 2025-ci ilə qədər hazır olmalıdır”, - nazir deyib.
O əlavə edib ki, hərbi düşərgənin yeri ilə bağlı yekun qərar hələ qəbul edilməyib və onun tikintisi üçün lazım olan vəsaitin bir hissəsini NATO təmin edəcək.