-
- 14-09-2023, 10:12
- 175
Ankara BMT ilə nəyi müzakirə edəcək?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin baş katibi Antonio Quterreşlə taxıl sazişinin bərpası şərtlərini müzakirə edəcək.
News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Agentliyin məlumatına görə, görüş dünya təşkilatının Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində baş tuta bilər.
“BMT-nin baş katibi taxıl məsələsi ilə bağlı, o cümlədən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşlər planlaşdırdığını bildirib”, - mənbə qeyd edib.
O əlavə edib ki, Ərdoğan əvvəllər taxıl müqaviləsinin bərpası üçün şərtlərin yerinə yetirilməsinin zəruriliyi, eləcə də BMT ilə əməkdaşlığın davam etdirilməsi barədə danışıb. Eyni zamanda, Ankara BMT-dən taxıl sazişi kontekstində Moskva üçün təklifi yekunlaşdırmağı və konkretləşdirməyi xahiş etmək niyyətindədir.
Aydan