Ərdoğan-Zelenski görüşü başa çatdı - YENİLƏNDİ - FOTO
    • 18-08-2022, 18:09
    • 604

Ərdoğan-Zelenski görüşü başa çatdı - YENİLƏNDİ - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.


***

17.10



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb.

News24.az TRT Haber telekanalına istinadla xəbər verir ki, dövlət başçılarının görüşü yerli vaxtla saat 14:40-da (Bakı vaxtı ilə 16.40-da) Potoçki sarayında başlayıb. Əvvəlcə Rəcəb Tayyib Ərdoğan və Vladimir Zelenski təkbətək danışacaq, daha sonra onlar BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcəklər.

Üçtərəfli görüşdə Zaporojye AES ətrafındakı vəziyyət, Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması ilə bağlı istintaqı və taxıl müqaviləsini müzakirə edəcəklər.

Nilay