-
- 14-09-2023, 17:03
- 258
Kreml Qarabağdakı gərginlikdən narahatdır - Peskov
Kreml Bakı ilə İrəvan arasında gərginliyin artmasından narahatdır.
News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bəzi bölgələrdə gərginliyin artmasından narahatıq. Rusiya təhlükəsizliyin etibarlı təminatçısı olaraq qalır. Bakı və İrəvanla təmaslar davam edir. Biz hər iki tərəfi təmkinli olmağa və iki il əvvəl imzalanmış iki üçtərəfli sənədi həyata keçirməyə çağırırıq. Təbii ki, bu halda o vaxtdan bəri ortaya çıxan yeni reallıqlar nəzərə alınmalıdır”,- Kreml sözçüsü bildirib.
Akqabay