Texnologiya liderlərini bir araya gətirən 'Süni intellekt' toplantısı
    • 14-09-2023, 17:34
    • 153

Texnologiya liderlərini bir araya gətirən 'Süni intellekt' toplantısı

ABŞ-da texnologiya dünyasının aparıcı adları Vaşinqtonda keçirilən toplantıda bir araya gəlib. Elon Musk bildirib ki, bu görüşdən sonra süni intellektin qanun çərçivəsində tənzimlənməsi ilə bağlı konsensus əldə olunub.

News24.az xəbər verir ki,  bu barədə "CNN Türk" məlumat yayıb.

İclasda iştirak edən texnologiya rəhbərləri arasında Meta şirkətinin rəhbəri Mark Zukerberq və Google rəhbəri Sundar Piçay da var.

Görüşdə Microsoft-un keçmiş baş direktoru Bill Qeyts və Microsoft-un hazırkı baş direktoru Satya Nadella da iştirak edib.

Amerikalı millət vəkilləri ilə görüş bağlı qapılar arxasında keçirilib. Süni intellektin gücü həm yaxşı, həm də pis baxımından istifadəçilərin diqqətini cəlb edir.

Aydan