ABŞ bu şəxslərə sanksiya tətbiq edəcək
    • 14-09-2023, 18:17
    • 151

ABŞ bu şəxslərə sanksiya tətbiq edəcək

ABŞ Rusiyaya Amerikanın məhdudlaşdırıcı tədbirlərindən yan keçməyə kömək etdiyi iddia edilən 150 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar elan edəcək.

News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.

Onun məlumatına görə, Amerika texnologiyası ilə malların daşınmasına kömək etdiyi iddia edilən şəxslərə məhdudiyyətlər qoyulacaq. Nəşrin məlumatına görə, yeni sanksiya siyahısına iki Finlandiya şirkəti və onların Fransa və Estoniyadan olan əməkdaşları daxil ediləcək.

Aydan