Umerovun NATO rəhbəri ilə İLK TELEFON DANIŞIĞI
    • 15-09-2023, 01:24
    • 166

Umerovun NATO rəhbəri ilə İLK TELEFON DANIŞIĞI

Ukraynanın yeni təyin olunmuş müdafiə naziri Rüstəm Umerov NATO-nun baş katibi Yens Stoltenberqlə ilk telefon danışığı aparıb. 

News24.az xəbər verir ki, Rüstəm Umerov bu barədə "X"da yazıb.  

"NATO-nun baş katibi Yens Stoltenberq ilə məhsuldar danışıqlar aparılıb. Vilnüs sammitində əldə olunmuş razılaşmaların icrası və NATO ilə birgə fəaliyyətimiz müzakirə olunub”, - nazir qeyd edib. 

O, münaqişə zonasında mövcud vəziyyətlə bağlı NATO rəhbərini də məlumatlandırdığını bildirib.

Bundan əvvəl Umerov sentyabrın 11-də ABŞ-nin müdafiə naziri Lloyd Ostinlə danışıb.

Qeyd edək ki, o , bu vəzifəyə sentyabrın 6-da təyin edilib. 

Günəş Mərd