-
- 15-09-2023, 12:40
- 280
" Əsgərlər qaynar nöqtələrə göndərəcək" - Patruşev
"Birləşmiş Ştatlar , lazım gələrsə, öz əsgərlərinin həyatını riskə atmadan, digər NATO-ya üzv ölkələrin hərbi qulluqçularını asanlıqla qaynar nöqtələrə göndərəcək" .
News24.az “Gazeta.ru”a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının katibi katibi Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, Şimali Atlantika Alyansının daim genişlənməsi əslində ABŞ-a müxtəlif dövlətləri udmaq və onları müstəqillikdən məhrum etmək imkanı verir. Patruşev əlavə edib ki, NATO-ya üzv ölkələr illərdir ki, Amerika siyasəti ilə razılaşmayan hər hansı bir ölkə ilə mübarizə apararkən və ya müharibə ilə hədələyərkən, sülhə sadiq olduqlarını şifahi şəkildə bəyan edirlər.
O, vurğulayıb ki, Alyansın hərbi gücü Qərb hegemonluğunu, iqtisadi “əsarətini” saxlamaq və NATO üçün hərbi təhlükə yaratmayan dövlətlərə siyasi təzyiq göstərmək üçün istifadə olunur.
O əlavə edib ki, praktikada təşkilatın Birləşmiş Ştatlar üçün orduları da “müstəmləkədir” – lazım gələrsə, Amerika hakimiyyəti “müstəsna” xalqının nümayəndələrinin həyatını riskə atmadan asanlıqla alyansa üzv olan digər ölkələrin qoşunlarını qırğına göndərəcək.
Ayşən