Kılıçdaroğlunun rəqibi bəlli oldu: CHP-YƏ NAMİZƏD O OLACAQ
    • 15-09-2023, 17:36
    • 161

Kılıçdaroğlunun rəqibi bəlli oldu: CHP-YƏ NAMİZƏD O OLACAQ

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup sədri Özgür Özəl partiya sədrliyinə namizədliyini irəli sürüb.

News24.az xəbər verir ki, bu barədə Hürriyet.com məlumat yayıb.

Bildirilib ki, Özəl CHP-nin noyabr ayında keçirilməsi planlaşdırılan 38-ci Adi Qurultayında sədr Kamal Kılıçdaroğlu ilə yarışacaq.

“Dəyişiklik tələbimiz partiyamızı tam uzlaşma və yoldaşlıq şüuru ilə birlik və qardaşlıq içində uzunmüddətli iqtidar dövrünə daşımaq məqsədi daşıyır. Atatürkün partiyasını hakimiyyətə gətirmək üçün CHP başqanlığına namizədliyimi elan edirəm”, - Özəl vurğulayıb.

Ayşən