NATO Baş katibi ABŞ-yə gedəcək
    • 15-09-2023, 19:05
    • 255

NATO Baş katibi ABŞ-yə gedəcək

NATO Baş katibi Yens Stoltenberq ABŞ-a səfər edəcək.

News24.az  xəbər verir ki, bu barədə NATO-nun saytına istinadən xəbər verilib. Stoltenberq Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün sentyabrın 18-dən sentyabrın 21-dək Nyu Yorkda səfərdə olacaq.

Sentyabrın 19-da NATO Baş katibi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci Sessiyasının açılışında iştirak edəcək. Onun yüksək səviyyəli rəsmilərlə də görüşləri olacaq

Sentyabrın 21-də Baş katib Xarici Əlaqələr Şurasında müzakirələrdə iştirak edəcək. O, həmçinin ABŞ-ın dövlət katibi Entoni Blinkenin ev sahibliyi edəcəyi Transatlantik şam yeməyində iştirak edəcək.