AZAL-ın təyyarə dayanacağını bu şirkət tikəcək
    • 15-09-2023, 19:35
    • 448

AZAL-ın təyyarə dayanacağını bu şirkət tikəcək

“Azərbaycan Hava Yolları”nın (AZAL) Heydər Əliyev Hava Limanında yeni parklanma yerinin tikintisinə xərclədiyi vəsaitin həcmi məlum olub.

News24.az Valyuta.az-a istinadən xəbər verir ki, AZAL 2-ci terminalın çıxışında təyyarə dayanacağının tikintisi üçün bu il mayın 16-da “AzVirt” MMC ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 157,7 min manat təşkil edib. 

Xatırladaq ki, “AzVirt” MMC 29 iyun 1995-ci il tarixində Azərbaycanda AZAL, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın Virtgen İnternational Gmbh şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi olaraq təsis edilib. Şirkət 5 may 2004-cü il və 16 dekabr 2006-cı il tarixində “AzVirt” MMC olaraq yenidən qeydiyyatdan keçib və özəlləşdirilib. O hazırda Azərbaycanla yanaşı, Şərqi Avropa, Ukrayna və Mərkəzi Asiya ölkələrində yol və hava limanı infrastruktur layihələri icra edir.