Avtomobil yeniyetmə oğlanı VURDU
    • 16-09-2023, 09:29
    • 159

Avtomobil yeniyetmə oğlanı VURDU

Bakının Sabunçu rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cabbarov Ənvər Sərvər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.