Nizami rayonunda 48 yaşlı kişini avtomobil vurub
    • 2-09-2023, 08:06
    • 147

Nizami rayonunda 48 yaşlı kişini avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1975-ci il təvəllüdlü Babayev Anar Mirzə oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.