Hacıqabulda yol qəzası baş verib
    • 17-09-2023, 13:40
    • 205

Hacıqabulda yol qəzası baş verib

Hacıqabul rayonu ərazisində yük və minik avtomobilləri toqquşub, hadisə nəticəsində iki nəfər ölüb.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Rzayev Rza Firdovsi oğlunun idarə etdiyi 99-TA-753 dövlət nömrə nişanlı KIA markalı minik avtomobili və 99-JB-634 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşını (TIR) ilə toqquşub. Hadisə nəticəsində minik maşınının sürücüsü və avtomobildə olan sərnişin Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü Məmmədov Amir Arif oğlu hadisə yerində ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul YMX-nin xilasediciləri cəlb olunub. Avtomobildə sıxılıb qalan meyitlər xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.