Naxçıvanda avtomobil qəzası BAŞ VERDİ
    • 15-01-2023, 11:52
    • 204

Naxçıvanda avtomobil qəzası BAŞ VERDİ

Babək rayon ərazisində avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə Cəhri-Payız avtomobil yolunun Payız kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 67-BB-434 dövlət nömrə nişanlı “NAZ-Lifan” markalı minik avtomobili 67-BB-947 nömrə nişanlı “Ford” markalı minik avtomobilini ötmək istəyərkən qəza baş verib. Nəticədə, yoldan çıxan “NAZ-Lifan” markalı minik avtomobili qaz borularını da keçərək ağaca çırpılıb.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Babək Rayon Polis Şöbəsində araşdırma aparılır.