Zelenskinin ABŞ səfərinin təfərrüatları AÇIQLANDI
    • 17-09-2023, 18:42
    • 212

Zelenskinin ABŞ səfərinin təfərrüatları AÇIQLANDI

"Ukrayna prezidenti Volodimir Zelenski bu dəfə ABŞ Konqresinin qarşısında çıxış etməyəcək". 

News24.az xəbər verir ki, Ukrayna liderinin səfərinin təfərrüatları barədə "Financial Times" məlumat yayıb. 

Ukrayna prezidentinin Kapitolidə kiçik konqresmenlər qrupu ilə danışıqlar aparacağı gözlənilir. Nəşr qeyd edir ki, qanunvericilərin birgə iclasında ayrıca bəyanat nəzərdə tutulmur.

Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan sözlərinə görə, Co Bayden Vaşinqtonda Zelenski ilə görüşəcək. Amerika lideri cümə axşamı, sentyabrın 21-də ukraynalı həmkarını Ağ Evdə qəbul etmək üçün Nyu-Yorkdan ABŞ-nin paytaxtına qayıdacaq. 

Günəş Mərd