-
- 18-09-2023, 12:29
- 285
Yüzdən çox sosial media fəalı həbs edildi - SƏBƏB
Qərbi Azərbaycan əyalətində yüzdən çox sosial media fəalı həbs edilib.
News24.az xəbər verir ki, bu barədə bunu əyalətin polis qüvvələrinin komandiri Rəhim Cəhanbəxş yerli mediaya müsahibəsində deyib.
O bildirib ki, əyalətdə 137 media fəalı müəyyən edilərək həbs edilib.
“Onlar bir sıra məzmun, şəkil və videolar paylaşmaqla ictimai fikri çaşdırmağa çalışıb, bəziləri isə iğtişaşları qızışdırmaq niyyətində olub”, – deyə o, iddia edib.
Onun sözlərinə görə, sosial media fəallarının həbsi ilə yanaşı, 52 “İnstaqram” hesabı da bağlanıb.
Aynurə