Ərdoğan Qaribaşvili ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
    • 18-09-2023, 13:56
    • 197

Ərdoğan Qaribaşvili ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. 

News24.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Görüş Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. Qaribaşvili vəziyyətin və məsələlərin danışıqlar və sülh yolu ilə həllinin vacibliyini vurğulayıb. Həmsöhbətlər həmçinin “Orta dəhliz”in əhəmiyyətini və Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsinin vacibliyini qeyd ediblər.

Akqabay