Rəsmi Moskvadan Ərdoğanın dördtərəfli görüş təklifinə REAKSİYA
    • 19-09-2023, 14:48
    • 3 745

Rəsmi Moskvadan Ərdoğanın dördtərəfli görüş təklifinə REAKSİYA

Rusiyaya Qarabağla bağlı dördtərəfli görüşün təşkili ilə bağlı Türkiyədən rəsmi müraciətlər daxil olmayıb. 

News24.az xəbər verir ki, Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Mətbuatda bununla bağlı materiallar gördük, lakin Türkiyə tərəfdən rəsmi müraciət almadıq. Biz beynəlxalq gündəliyin müxtəlif aspektləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyət və 3+3 regional məsləhətçi platforması çərçivəsində birgə işin parametrləri üzrə Ankara ilə sıx dialoqu davam etdiririk”, - deyə Zaxarova bildirib.

Akqabay