Hollandiyadan Ukraynaya 400 milyon avro dəstək
    • Bu gün, 17:14
    • 143

Hollandiyadan Ukraynaya 400 milyon avro dəstək

Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bazar günü Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı Hollandiyanın Ukraynanın pilotsuz uçuş aparatının (PUA) inkişaf proqramına 400 milyon avro sərmayə qoyacağını açıqlayıb.

News24.az xəbər verir ki, pilotsuz təyyarələrin ilk növbədə havada istifadə ediləcəyini bildirən Brekelmans, "Kəşfiyyat, müdafiə və hücum missiyaları üçün nəzərdə tutulmuş müxtəlif tipli inkişaf etmiş pilotsuz təyyarələrə diqqət yetirəcək bir fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq" deyib.

İnvestisiyaların təxminən yarısının Hollandiyada xərclənəcəyini, qalan hissəsinin isə Ukrayna və digər ölkələr arasında bölüşdürüləcəyini bildirən nazir Brekelmans, həmçinin pilotsuz təyyarələrin inkişaf planına əlavə olaraq, Hollandiyanın Ukraynaya indiyə qədər 3,76 milyard avro hərbi dəstək verdiyini ifadə edib.

Brekelmans həmçinin Hollandiyanın yaxın vaxtlarda Kiyevə daha 24 ədəd F-16 qırıcısı təhvil verəcəyini bildirib, lakin dəqiq tarix açıqlamayıb.

Məryəm İlhamqızı