-
- 7-10-2024, 17:57
- 595
15 yaşlı qız anasını BIÇAQLADI
Muğlanın Menteşe rayonunda 15 yaşlı orta məktəb şagirdi qızla anası arasında naməlum səbəbdən mübahisə düşüb.
News24.az xəbər verir ki, mübahisənin davaya çevrilməsi nəticəsində gənc qız anasını bıçaqlayaraq hadisə yerindən qaçıb.
Qonşuların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib.
Anaya sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Qız isə gecə saatlarında dostu ilə birlikdə polis qrupları tərəfindən tutularaq nəzarətə alınıb.
Ananın həyatının təhlükədə olmadığı öyrənilib.
Məryəm İlhamqızı