Dünya nüvə müharibəsinin astanasındadır - Papa
    • 20-09-2023, 09:02
    • 106

Dünya nüvə müharibəsinin astanasındadır - Papa

Katoliklərin ruhani lideri Papa dünyanın nüvə müharibəsi astanasında olduğunu bəyan edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki,  Papa Fransisk,  Papa mesajında cəmiyyətləri nüvə silahlarını aradan qaldırmağa və adi silahlardan yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

“Dünyamız Ukraynadakı münaqişənin faciəvi vəziyyətində hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam etsə də, nüvə silahına əl atmaq təhlükəsi də yox deyil”, - Papa bildirib. 

Papa Fransisk bildirib ki, indiki vəziyyət dünyanın 1962-ci ilin oktyabrında yaşadığı vəziyyətə bənzəyir. O qeyd edib ki, bu, ona Raket böhranında olduğu kimi nüvə müharibəsi astanasında olduğu dövrü xatırladır.

Papa adi silahların mülki hədəflərə qarşı deyil, yalnız müdafiə məqsədləri üçün istifadə edilməli olduğunu vurğulayıb.
Günəş Mərd